Birja

Bitkoin 50 min dollardan aşağı düşdü, Ethereum ucuzlaşdı – YENİ QİYMƏTLƏR

Bitkoin 50 min dollardan aşağı düşdü, Ethereum ucuzlaşdı – YENİ QİYMƏTLƏR | FED.az
10:38 14 May 2021

Dünyanın kriptovalyuta bazarı mayın 13-də Tesla-nın sahibi İlos Maskın tvitindən sonra hələ özünə gəlməyib. Əksinə, bəzi kriptovalyutaların qiymətində azalma hələ davam edir.

FED.az xəbər verir ki, dünyanın əsas kriptovalyutası sayılan bitkoin son 4 gündə 10 min dollar və ya 17% faiz ucuzlaşaraq 59400 dollardan 49500 dollara düşüb.

Bitkoinini uxuzlaşması son sutkada da davam edib və bu koin daha 3,4% itirib. Nəticədə Bitkoinini bazar həcmi son aylar ərzində ilk dəfə olaraq trilyon dollardan aşağı düşüb – 928 milyard dollar.

Bazar həcminə görə, ikinci ən böyük kriptovalyuta – Ethereum da ucuzlaşmaqdadır. Mayın 12-də 4300 dollara yüksələndən sonra Ethereum ucuzlaşmağa başlayıb və təqribən 12% itirərək 3830 dollara enib. Son sutkada aalma daha 4% təşkpil edib, amma hətta bunu nəzərə alanda da Ethereum bir həftə əvvəlki qiymətdən 13% bahadır.

Dogecoin isə yüksəlməkdədir. İlon Maskın sevimli kriptovalyutası son bir sutkada 26%-ə qədər bahalaşaraq bir neçə gün əvvəl itirilmiş mövqelərini bərpaetməyə başlayıb – hazırda 55 sentə satılır.

Ən etibarlı koinlərdən sayılan «Binance coin» də ucuzlaşanlar sırasındadır. Son sutkada 7,6% ucuzlaşaraq 575 dollara enib.

Ciddi koinlər sırasına daxil olan «Cardano» isə son bir sutkada 7%, son bir həftədə isə 17% bahalaşaraq 1,83 dollar olub.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər