Banner

Birja

Bitkoin bazarı çökdü – QİYMƏTLƏR 25% UCUZLAŞDI

Bitkoin bazarı çökdü – QİYMƏTLƏR 25% UCUZLAŞDI | FED.az
15:50 12 Mart 2020

Dünyanın neft və xammal bazarlarının arxasınca kriptovalyuta bazarı da çöküb.

FED.az xəbər verir ki, martın 12-də əsas kriptovalyuta olan bitkoin başda olmaqla bütün bazarda kəskin azalma baş verib.

Bitkoin bir gün ərzində 1730 dollar və ya 22% ucuzlaşaraq 7 845 dollardan 6115 dollara enib.

Son 1 həftə ərzində isə bitkoinin qiymətində 33% enmə olub, qiymətlər 9130-dan 6 115 dollara enib.

Ümumiyyətlə kriptovalyuta bazarında ən böyük həcmə malik olan 100 kriptovalyutasından 95-nin qiyməti ucuz-laşıb, onlardan 50-nin qiyməti 30-45% arasında enib.

Digər xəbərlər

Banner