Birja

Bitkoin ilə maraqlanan investorların - 43 FAİZİ QADINLARDIR

Bitkoin ilə maraqlanan investorların - 43 FAİZİ QADINLARDIR | FED.az
08:14 27 Dek 2019

Bitkoin fond operatoru olan "Grayscale" tərəfindən 4 dekabrda dərc edilən hesabata əsasən bitkoin ilə maraqlanan investorların 43%-i qadınlardır.

FED.az xəbər verir ki, tədqiqat predmeti olan sorğuda 25-64 yaş arasında 1100 amerikalı investor iştirak edib. Bütün respondentlər fərdi sərmayələrdə iştirak etmiş və ən azı 10.000 ABŞ dolları məbləğində investisiya sahibləridir.

Eləcə də bax: Bitkoinlə necə pul qazanmaq olar? - MÜSAHİBƏ

Hesabatda qeyd olunduğu kimi, kriptovalyuta sektoru əsasən kişilərin üstünlük təşkil etdiyi məkanı hesab olunur. Əlavə olaraq, GoogleAnalytics, bitkoin cəmiyyətində iştirak edənlərin 90%-nin kişilər olduğunu iddia edir. Lakin keçirilən sorğu qadınların kripto investisiyalara marağının artdığını göstərir.

Məlumata görə, sorğuda iştirak edən və BTC-yə maraq göstərən investorların 43%-i qadınlar idi. Eyni zamanda onların 80%-i BTC-nin potensialına inandıqlarını bildirib, 93%-i isə daha çox məlumatlandiricı qaynaqların olduğu təqdirdə rəqəmsal aktivlərə investisiyalara açıq olduqlarını bildirib. Qadınlar kişilərdən fəqli olaraq kripto-investisiyaları varlanmaq üçün deyil, özlərini və ailələrini qorumaq üçün bir vasitə olaraq görürlər.

Modern

Digər xəbərlər

Banner