Birja

“BTB Kapital İnvestisiya Şirkəti” nizamnamə kapitalını - 1 MİLYON MANATA ÇATDIRIB

“BTB Kapital İnvestisiya Şirkəti” nizamnamə kapitalını - 1 MİLYON MANATA ÇATDIRIB | FED.az
15:10 9 Yan 2020

“BTB Kapital İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını daha 400 min manat, yaxud 66,7% artırıb.

Eləcə də bax: Azərbaycanda BOKT nizamnamə kapitalını - KƏSKİN ARTIRIB

FED.az xəbər verir ki, bu barədə maliyyə qurumunun direktoru Ruslan Cəfərov məlumat verib.

Onun sözlərinə görə, bununla da “BTB Kapital”ın nizamnamə kapitalı 600 min manatdan 1 milyon manata çatıb.

“Əlavə vəsaiti yenə də investisiya şirkətinin yeganə səhmdarı “Bank BTB” ASC təmin edib”, - R.Cəfərov əlavə edib.

Xatırladaq ki, “BTB Kapital İnvestisiya Şirkəti” 2018-ci ildə yaradılıb.

Report

Digər xəbərlər