Birja

Derbidəki qələbə «Qalatasaray»ın səhmlərini - KƏSKİN BAHALAŞDIRIB

Derbidəki qələbə «Qalatasaray»ın səhmlərini - KƏSKİN BAHALAŞDIRIB | FED.az
19:02 24 Fev 2020

Türkiyə «Süper Lig»də 23-cü turda baş verən derbidə «Galatasaray»ın «Fenerbahçe»yə 3-1 hesabı ilə qalib gəlməsi İstanbul Birjasinda onun səhmlərini bahalaşdırıb. 
FED.az xəbər verir ki, oyundan sonra bu gün başlayan ticarət həftəsinin ilk gününlə «Qalatasaray» komandasının məxsus olduğu «Galatasaray Sportif Denemeleri ve Ticari Yatırımlar» şirkətinin səhmləri 20% bahalaşaraq 3 lirədən 3,6 lirəyə yüksəlib. 
1999-dan bəri ilk dəfə «Fenerbahçe»yə qalib gələn komanda bu qələbədən sonra xallarını 45-ə çatdırıb, «Trabzonspor»dan sonra ikinci olub. 
Analitiklər hesab edir ki, «Galatasaray»ın daxili çempionatda göstərdiyi nəticələr onun Avropa kuboklarına qatılması və buradakı nəticələrə görə maliyyə gəlirlərini artırması şansını artıb. 
«Fenerbahçe Futbol A.Ş.»ın səhmləri isə «Galatasaray»a məğlubiyyətdən sonra 16,77% azalaraq 13,40 lirəyə düşüb.
Bir qədər əvvəl 2-2 hesabı ilə bərabərə qalan «Beşiktaş»ın səhmləri 6% artaraq 3,13 lirəyə, «Trabzonspor» isə 11% artaraq 6,70 lirəyə yüksəlib. 

 

Digər xəbərlər

Banner