Birja

Dogecoin, Bitkoin və Ethereum «uçur» - KƏSKİN BAHALAŞMA – YENİ QİYMƏTLƏR

Dogecoin, Bitkoin və Ethereum «uçur» - KƏSKİN BAHALAŞMA – YENİ QİYMƏTLƏR | FED.az
10:37 8 May 2021

Dünyanın kriptovalyuta birjasında qiymət artımları yenidən bərpa olunub.

Eləcə də bax: Bitkoin, Dogekoin, Ripple yenə «uçur» - 30-50% BAHALAŞMA – YENİ QİYMƏTLƏR

FED.az xəbər verir ki, əsas kriptovalyuta sayılan Bitkoin sutka ərzində 3% bahalaşaraq 57 800 dollara çatıb. Son bir həftə ərzində bitkoinin qiyməti demək olar dəyişməyib.

İkinci əsas kriptovalyuta olan Ethereum-un qiyməti isə rekordları təzələməkdədir. Hazırda Ethereum 35 dollardan bahadır. Son sutkada bahalaşma 2,5%, son həftə ərzində isə 24%-dən artıq olub. Qeyd edək ki, Ethereum-un rekord qiyməti mayın 6-da qeydə alınıb – 3582 dollar.g Ümumilikdə ilin əvvəlindən bəri Ethereum təqribən 5 dəfə bahalaşıb.

Kriptobazarın daha bir nümayəndəsi Ripple – 1,59 dollar qiymətində sabitləşib. Son suvtkada və həftə ərzində onun qiyməti demək olar dəyişməyib.

Əvəzində İlon Mask-ın sevimlisi – Degocoin son bir həftədə ikiqat bahalaşaraq 72 sentə yaxınlaşıb – son qiymət 71,77 sent. Dogecoin sutka ərzində 24%, son bir həftədə isə 100% bahalaşıb. Nəticədə onun kapitallaşması iki dəfə artaraq Ripple-ni geridə qoyub.

Bazarda ən etibarlı koinlərdən olan Binance Coin isə 620-630 dollar ətrafında sabitləşib, hazırki qiymət 626 dollardır.

Ümumiyyətlə son sutka ərzində ən çox bahalaşan koinlər banlkrdır: BakeryToken (34,5% bahalaşmadan sonra hazırki qiymət 7,04 dollardır), «Horizen ZEN» (bahalaşma 32,3%, qiymət 162 dollar), «Bitcoin Diamond» (BCD) (bahalaşma 27,1%, hazırki qiymət 8,04 dollar), «Dogecoin» DOGE (bahalaşma 24%, son qiymət 71,8 sent), «Fantom» (FTM) – (bahalaşma 20,55%, hazırki qiymət 87,2 sent).

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər