Banner

Birja

Dollar qarşısına dəyər itirən və qazanan  - VALYUTALAR, SİYAHI

Dollar qarşısına dəyər itirən və qazanan  - VALYUTALAR, SİYAHI | FED.az
08:35 21 Fev 2020

Son üç ayda türk lirəsi ABŞ dollarına qarşı 5.7 faiz dəyərdən düşməklə inkişaf etməkdə olan ölkələrin valyutaları arasında ən pis göstəriciyə malik valyuta oldu.

Eləcə də bax: Türkiyədə dollar - 6,10 LİRƏNİ KEÇİB - QİYMƏT

FED.az  məlumat verir ki, türk lirəsi 2018 və 2019-cu illərdə Argentina Pesosundan sonra ən pis ikinci valyuta idi. Bu dövrdə dollar / TL 5.73'dən 6.10'a yüksəldi.

Dövlət banklarının xarici valyuta sataraq TL-i dəstəkləməsinə və Londonda valyuta-TL svop bazarlarına məhdudiyyətlər qoymasına baxmayaraq, son üç ayda TL ABŞ dollarına qarşı 5.7 faiz itirdi.

29 Oktyabr 2019 və 20 Fevral 2020 arasında yaranan valyutalar arasında Meksika Pesosu ABŞ dollarına nisbətdə 4.40 faiz artımla ən yaxşı nəticə göstərdi, TL isə siyahıdakı ən dəyərsizləşən valyuta oldu.

Türk lirəsindən sonra dollar qarşısında ən zəif ikinci valyuta 3,8% itirən Tailand Baht-ı olub.

Lirənin məzənnəsinin ucuzlaşmasının səbəbi İdlibdə geosiyasi gərginliyin artması və Mərkəzi Bankın uçot dərəcəsini azaltmasıdır.

Dünyada corona virusunun yayılması ilə əlaqədar artan narahatlıqlar da dollar və qızıl kimi təhlükəsiz sahələrə üz tutan beynəlxalq investoları lirədən soyudan səbəblərdir.

Digər xəbərlər

Banner