Birja

Dollar Rusiyada 5,2%, Türkiyədə - 3,6% BAHALAŞIB

Dollar Rusiyada 5,2%, Türkiyədə - 3,6% BAHALAŞIB | FED.az
09:25 26 Fev 2020

Son bir ay ərzində Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiya və Türkiyədə dolların məzənnəsi kəskin artıb.

Eləcə də bax: Türkiyədə dollar - YENİDƏN BAHALAŞDI - SON QİYMƏT

FED.az xəbər verir ki, fevralın 25-də Rusiyada ABŞ dollarının məzənnəsi 65,325 rubla bərabər olub. Bu bir ay əvvəllə müqayisədə 5,2% yüksəkdir.

Yanvarın 25-də Rusiyada dolların məzənnəsi 62,073 manat olmuşdu.

Türkiyədə isə fevralın 25-də ABŞ dollarının məzənnəsi 6,15 lirə təşkil edib. Bu bir ay əvvəllə müqayisədə 3.6% yüksəkdir. Yanvarın 26-da Türkiyədə dolların məzənnəsi 5,94 lirə olmuşdu.

Qeyd edək ki, Rusiya və Türkiyə Azərbaycanın xarici ticarətdə. Xüsusilə də idxalda əsas tərəfdaşıdır. Azərbaycanın xaricdən idxalının 16,76%-i Rusiyanın, 12,05%-i Türkiyənin payına düşür.

2019-cu ildə bu iki ölkə ölkəyə idxalın 28,81%-ni təşkil edib.

 

Digər xəbərlər

Banner