Birja

«Dünya bu vəziyyətə niyə gəldi? -«FAİZLƏRİN SIFIRA ENMƏSİ VƏZİYYƏTİ DƏYİŞMƏYƏCƏK» – STATUS

«Dünya bu vəziyyətə niyə gəldi? -«FAİZLƏRİN SIFIRA ENMƏSİ VƏZİYYƏTİ DƏYİŞMƏYƏCƏK» – STATUS | FED.az
12:11 16 Mart 2020

Dünyadakı iqtisadi durğunluğu aradan qaldırmaq, biznes aktivliyini bərpa etmək üçün görülən tədbirlərin əksəriyyəti nəticə verməyəcək.

Eləcə də bax: "Heç bir dəfə də olsun devalvasiya müzakirə edilməyib"

FED.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Elman Sadıqov bildirib. Onun sözlərinə görə, bunun səbəbi son 30 ildə dünyada elm və iqtisadiyyətdə baş verən proseslərdir. E.Sadiqov yazır:

Dünya bu vəziyyətə niyə gəldi?

Dünya iqtisadiyyatında ciddi bir dəyişiklik olmalı idi. Ticarət, valyuta, iqtisadi sistemlərin bu şərtlərlə davam etməyəcəyi aydın idi. Xüsusilə, son 5 ilin mövzusu idi. Yəni, həmin dəyişiklikləri həyata keçirmək üçün bir tətik, bir səbəb yetərli idi. Amma, bu sistemlərin kilidlənməyə başlamasının əsas səbəbləri nələr idi? Düşünürəm ki:

- dünya ölkələrinin 90%-də 80-ci illərdən etibarən elm formal xarakter almağa başladı. Nəticədən daha çox formal elmi işlər göstərici oldu (fundamental elmi işlər əlbəttə istisnadır);

- konkret biznes tələblərinə əsaslı texnoloji inkişaf (o cümlədən tibbin inkişafı) dünya ölkələrində elmin inkişafı demək deyil. Bu inkişaflar dünyanın barmaqla sayılacaq qədər bir neçə ölkəsində baş verib;

- 70-ci illərdən etibarən əməyin deyil, kapitalın gətirdiyi gəlir daha çox olmağa başladı. İndi isə təəssüf ki, kapitalın gətirdiyi gəlir əməyin gətirdiyi gəliri katastrofik dərəcədə üstələyir;

- ABŞ-ın özü başda olmaqla gəlirlərin bölüşdürülməsində ciddi disproporsiya dağıdıcı təmərküzləşmə yaratdı;

- əslində ən bahalı fabrik beyin, ən bahalı məhsul isə fikir, ideya, analizdir. Dünya (bu yazıda dünya deyəndə dünya ölkələrinin 95%-i nəzərdə tutulur) öz inkişafına görə zəkaya borclu olduğunu unutmağa başladı. Ən bahalı fabrik deyəndə avtomobil, dərman, neft fabrik-zavodlarının ön plana gəldiyi dünyada 3 ay ərzində yayılan bir virusun düzgün analiz olunmaması bu günki nəticələr doğurmalı idi;

- virusun yayıldığı müddət ərzində görülən ən ciddi tədbirlərin belə iqtisadiyyatlarda ciddi müsbət təsiri olmayacaq;

- FES-in 50 faiz bəndi faiz endiriminin birjalara təsirlərini müxtəlif modellərlə ölçdüm. Nəticə: təsiri normal zamanlardakı təsirindən ən azı 4 dəfə az olub. Birjalara nisbətən müsbət təsiri daha çox Trampın çıxışı göstərib;

- FES-in faizləri 0 ətrafına endirməsinin təsiri olacaq, amma bu təsir gözlənilən səviyyədə olmayacaq. QE (quantitative easing) adlandırılan kəmiyyət yumşalmasının təsiri nisbətən (vurğulayıram ki, nisbətən) daha çox olacaq (bu həftə 1.5 trilyon dollarlıq QE əməliyyatları olacağı gözlənilir);

- nəhayət koronavirus: 2 ay öncəki fikrim dəyişmədən qalır. Virusla bağlı real vəziyyət həmin virus digər ölkələrə yayıldıqda üzə çıxacaq. İndiki vəziyyət bizə 2 variantdan birinin düz olmasını göstərir: 1) ya Çindəki statistika doğru olmamışdır (yanvarın əvvəllərində şübhəmi bildirmişdim. Görülən tədbirlərin dərəcəsi ilə statistika düz gəlmirdi). 2) ya da virus ciddi bir mutasiya edib. Hər bir halda dünya ölkələrinin həkimləri (vaksin hazırlayan elmi mərkəzlər istisna olmaqla) indiyə qədər sadəcə seyrçi mövqe tutaraq ciddi təhlillər aparmamışlar;

- indiki halda ən çox ehtiyac duyulan amillər: sağlam düşüncə, səbr, hər bir ölkənin hər hansı başqa ölkəyə arxayın olmadan (hər ölkə yalnız özünü düşünür) iqtisadi dayanıqlığını təmin etməsi;

-tez-tez verilən bir sual: nə olacaq? hadisələr o qədər sürətli və dəyişkəndir ki..hazırda ayrı-ayrı neqativ hadisələrdən daha çox, həmin neqativ hadisələrin bir-birlərinə təsirlərinin ölçülməsi daha önəmlidir. Bu təsirlər isə kumulyativ effektlidir. dünya iqtisadiyyatında bir zəlzələ baş verir. Qeyd etdiyim kimi..zəlzələnin rixter şkalası ilə balı qədər, müddəti də önəmlidir;

-yazıya ağıl və məntiqin, zəkanın gücü ilə nahaq yerə başlamadım. Çünki, dünya iqtisadiyyatının, elə səhiyyəsinin də ehtiyac duyduğu əsas amil doğru düşüncə və zəkadır. Son 20-30 ildə pulun bol olduğu yerdə kölgədə qalan məntiq, düşüncə və zəkaya...

Digər xəbərlər

Banner