Birja

“Embafinans”ın 1 milyon manatlıq istiqrazları satıldı - HƏRRACIN NƏTİCƏSİ

“Embafinans”ın 1 milyon manatlıq istiqrazları satıldı - HƏRRACIN NƏTİCƏSİ | FED.az
16:31 14 Noy 2019

14 noyabr 2019-ci il tarixində Bakı Fond Birjasında “Embafinans” MMC-nin 1 milyon manat həcmində, 1 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bakı Fond Birjasından FED.az-a daxil olmuş məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1000 AZN olmuşdur. Sifarişlər 5 investor tərəfindən təqdim edilmişdir.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyon 523 min manat olmuşdur.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 1 milyon manat təşkil etmişdir.

İstiqrazların  ödəmə tarixi 14 noyabr 2020-ci ildir.

“Embafinans”MMC-nin istiqrazları Bakı Fond Birjasının standart bazar seqmentində listinqdədir.

Digər xəbərlər