Birja

“Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən - 3 Dəfə Çox Olub

“Ethereum”la ticarətin artım tempi “Bitkoin”dən - 3 Dəfə Çox Olub | FED.az
16:40 28 İyul 2021

Bu ilin yanvar ayından iyun ayının sonuna qədər “Ethereum” kriptovalyutası ilə 1,4 milyon dollarlıq ticarət əməliyyatı aparılıb.

Eləcə də bax: “Ethereum” İlon Maskın açıqlaması fonunda - 12% Bahalaşıb

FED.az xəbər verir ki, bu, ötən ilin ikinci yarısına nisbətən 1 461% artım deməkdir.

Həmin dövrdə bitkoinlə ticarətin dəyəri isə 489 % artaraq 2,1 trilyon dollar olub.

Bu kriptovalyuta investisiyaların gəlirliliyinə görə 2021-ci ilin ilk altı ayında “Bitkoin”i, “S&P 500” indeksini və qızılı geridə qoyub. Həmin alətlər müvafiq olaraq 20 %, 14 % və 6,7 % artdığı halda “Ethereum”da bu göstərici 210% olub. (Report)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər