Birja

“Göyəzən” ASC-nin idarə heyətində dəyişiklik olacaq - İCLAS

“Göyəzən” ASC-nin idarə heyətində dəyişiklik olacaq - İCLAS | FED.az
08:13 2 İyul 2020

 7 avqust 2020-ci il saat 10.30-da “Göyəzən” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Eləcə də bax: “Səba” “Xalq Bank”dan aldığı kreditin - MÜDDƏTİNİ UZATMAQ İSTƏYİR

FED.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar daxildir.

1. “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin) cəmiyyətin fəaliyyətinə aid ümumi yığıncağın qarşısında hesabatının verilməsi(dinlənməsi) .

2. “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin) istefaya göndərilməsi.

3. “Göyəzən” ASC-nin hazırkı icra orqanının (idarə heyəti sədrinin)seçilməsi.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün iş günləri saat 10.00-dan 13.00-dək cəmiyyətə müraciət edə bilərlər.

Əlaqə telefonu – 050- 556- 24 -16.

Ünvan- Bakı, Nəsimi rayonu, Nizami küçəsi 116(yeni 196). 

Digər xəbərlər

Banner