Birja

“Holcim Azərbaycan” səhmdarlar qarşısında 9 məsələni - MÜZAKİRƏYƏ ÇIXARDIR

“Holcim Azərbaycan” səhmdarlar qarşısında 9 məsələni - MÜZAKİRƏYƏ ÇIXARDIR | FED.az
10:02 8 Aprel 2020

“Holcim (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası tərəfindən illik ümumi yığıncağı çağırılıb. Müzakirədə 9 məsələnin olacağı gözlənilir.

Eləcə də bax: Sement şirkəti - MƏNFƏƏTİNİ BÖLÜŞDÜRƏCƏK

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Holcim (Azərbaycan)” Səhmdarlarının İllik ümumi yığıncağı 2020-ci il iyun ayının 3-də səhər saat 10:00-da Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1065, İzmir küçəsi 1033 ünvanında yerləşən Hyatt Regency hotelinin Görüş və Konfrans Mərkəzində yerləşən “Quba” zalında keçiriləcək.

Səhmdarlarının İllik ümumi  Yığıncağının sədrinin seçilməsi, 2019-cu ilin maliyyə nəticələrinə dair illik hesabatının təsdiqlənməsi, 2019-cu il maliyyə ilinin nəticələri üzrə dividendlərin bölüşdürülməsinin təsdiq edilməsi məsələləri iclasın ilk 3 gündəliyindədir.

Bundan əlavə gündəliyə nəzər yetirdikdə, Müşahidə Şurasına üzvün təyin edilməsi, Təftiş Komissiyasına üzvlərin təyin edilməsi, nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi kimi məsələlərin müzakirəsi də daxildir.

Bundan əlavə nəhəng sement istehsalçısı, “Holcim Technology” LTD arasında imzalanacaq Sənaye Əqli Mülkiyyət müqaviləsinin təsdiq edilməsi; “Lafarge Holcim” LTD arasında imzalanacaq Brend Müqaviləsinin təsdiq edilməsi; “Holcim Auslandbeteiligungs GMBH” arasında borc müqavilələrinin təsdiq edilməsi və bu müqavilələrdə kreditor “Holcim Auslandbeteiligungs GMBH”-nin “LHİF” LTD şirkəti ilə əvəz edilməsinə razılıq verilməsi məsələləri gündəliyə daxil edilib.

Digər xəbərlər

Banner