Banner

Birja

Koronavirus gələndən “Holcim Azərbaycan”ın - SƏHMLƏRİ UCUZLAŞIB

Koronavirus gələndən “Holcim Azərbaycan”ın - SƏHMLƏRİ UCUZLAŞIB | FED.az
11:31 3 Aprel 2020

Ölkənin əsas sement istehsalçılarından biri “Holcim Azerbaijan” ASC-nin dövriyyədə olan səhmlərinin qiyməti Azərbaycanda koronovirusla bağlı xəbərlərin ardından 3,00 manat dəyərində ucuzlaşmalı olub.

Eləcə də bax: Azərbaycanda qeyri-adi hadisə: Kriminal şəxslər «Holcim» rəhbərini hədələyir: «ÖLKƏDƏN ÇIXMALISAN»

FED.az Banker.az-a istinadən xəbər verir ki, ölkənin nəhəng sement istehsalçısının 5 mart tarixində hər biri 70 ədəd olmaqla 2800 manatlıq səhm alqı-satqısı baş tutub, bu isə hər bir səhminin 40,00 manat dəyərində ticarət olunması deməkdir.

Lakin cəmi 2 həftə sonra, 18 mart tarixində hər bir səhmi 37,00 manat dəyərində satılqmaqla iki sövdələşmə baş tutub. Ümumilikdə bu əməliyyatlarda 616 ədəd səhm, yəni, 22 792 manatlıq səhm satılıb.

2020-ci ildə “Holcim Azərbaycan”nın səhmləri 31,00 manat ilə satılsa da, sonradan 37,00 manata və ilin 3-cü ayında 40,00 manata kimi yüksəlmişdi.

Bildirək ki, bu səhmlərin nominal dəyəri 20,00 manatdır. Ötən ilin fevral-mart ayları ərzində bu səhmlər birjada 21,00 manatla ticarət olunurdu. Hazırda 31,81 mln. manat səhm kapitalına malikdir.

Digər xəbərlər

Banner