Birja

“İnvest-Az”ın dövriyyəsində kəskin azalma – 70% GERİLƏYİB - SƏBƏB

“İnvest-Az”ın dövriyyəsində kəskin azalma – 70% GERİLƏYİB - SƏBƏB | FED.az
11:31 11 Yan 2020

“İnvest-Az” investisiya şirkətinin əməliyyatlarının həcmində ciddi azalma müşahidə olunur.

FED.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “İnvest-Az” investisiya şirkətini cəmi əməliyyatlarının həcmi  3,4 dəfə azalıb. Daha dəqiq qeyd etsək azalma 3 milyard 281 milyon manat və ya 71,25% olub. Belə ki, 2018-ci ildə şirkətin cəmi əməliyyatlarının həcmi 4 milyard 605 milyon manat olduğu halda 2019-cu ildə bu rəqəm 1 milyard 324 milyon manata düşüb.

Eləcə də bax:8 dəfəyə yaxın azalma - İNVESTİSİYA ŞİRKƏTLƏRİ GERİLƏYİB

Qeyd edək ki, şirkətin əməliyyatlarında azalma əsasən dövlət istiqrazları hesabına baş verib. Belə ki, 2018-ci ildə dövlət istiqrazları üzrə  316 milyon 712 min manatlıq əməliyyat edən şirkət. 2019-cu il də bu göstəricisi 290 milyon 686 min manat və ya 91,78% (12,16 dəfə) azalaraq 26 milyon 026 min manat təşkil edib.

Şirkətin korporativ istiqrazlara və səhmlərə marağı artıb

Şirkətin 2018-ci ildə korporativ istiqrazlarla əməliyyatlarının həcmi 9 milyon 326 min manat olduğu halda 2019-cu ildə bu rəqəm 4 milyon 889 min manat və ya 34,38% artaraq 14 milyon 213 min manat olub.

2018-ci ildə “İnvest-Az” repo əməliyyatları etmədiyi halda 2019-cu ildə bu rəqəm 323 milyon 466 min manat təşkil edib.

Həmçinin şirkətin səhm bazarına da marağı artıq. Belə ki, 2018-ci ildə səhm bazarında 5 185 manatlıq əməliyyat etdiyi halda. 2019-cu ildə bu rəqəmi 6 milyon 135 min manat artıraraq 6 milyon 140 min manata çatdırıb.

Məlumat üçün qeyd edik ki, şirkətin əməliyyat məbləği azalsa da, əməliyyatları sayca digər investisiya şirkətlərindən çox olub. Belə ki, İnvest-Az 2019-cu ildə 3249 əməliyyat edib ki, bu da ən yaxın izləyicisindən 913 əməliyyat çoxdur.

Digər xəbərlər