Birja

İsveçrənin maliyyə holdinqi bitkoinin sıfıra enmək ehtimalını - Proqnozlaşdırıb

İsveçrənin maliyyə holdinqi bitkoinin sıfıra enmək ehtimalını - Proqnozlaşdırıb | FED.az
11:50 21 Yan 2021

“Bizim fikrimizcə, daha düşünülmüş versiya işə salınarsa və ya normativ dəyişikliklər investorların əhval-ruhiyyəsini boğarsa, kriptovalyutanın qiymətinin sıfıra enməsinə heç nə mane olmayacaq”, – holdinqin qlobal inkişaf etməkdə olan bazarlar üzrə baş investisiya mütəxəssisi Michael Bolliger də daxil olmaqla müəlliflərinin hesabatında deyilir.

Eləcə də bax: Kriptovalyutaların təhlükəli olduğu - Bildirilir

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Netscape” və “Myspace” – geniş yayılmış və populyarlıq qazanmış, lakin sonda yox olmuş şəbəkə tətbiqetmələrin nümunələridir”, – deyə strateqlər artan müştəri marağına cavab olaraq yazıblar.

Qısamüddətli perspektivdə bazar dinamikası və məhdud təklif səbəbindən kriptovalyuta qiymətləri yenidən arta bilər. Strateqçilər İngiltərənin bəzi kripto-törəmə məhsulların pərakəndə investorlara satışını qadağan etmək qərarına istinad edərək, uzunmüddətli perspektivdə tənzimləyicilərin bazara müdaxilə edə biləcəyini söyləyiblər. “Bu səbəbdən kriptovalyutaya yatırım edən investorlar investisiyalarını itirməyə hazır olduqları məbləğlə məhdudlaşmalıdırlar”.

Digər mütəxəssislər isə əksinə, investorların portfellərini şaxələndirmək üçün rəqəmsal valyuta lehinə qızıl ehtiyatlarını satdıqları üçün bitkoin qiymətinin artmağa davam edəcəyini söyləyirlər. Məsələn, “Guggenheim Investments” bitkoinin təxminən 400 000 dollara, “JPMorgan Chase & Co.” isə 146 000 dollara çatacağını proqnozlaşdırıb.

Banner

Digər xəbərlər