Birja

Koronavirus vaksini yaradıcısının səhmlərinin ticarəti 17 dəfə artıb

Koronavirus vaksini yaradıcısının səhmlərinin ticarəti 17 dəfə artıb | FED.az
15:31 21 İyul 2021

“Moderna” biotexnologiya şirkətinin səhmlərinin ticarət həcmi ötən gün 34 milyard ABŞ dolları təşkil edib.

FED.az  banker.az-a istinadən xəbər verir ki, bu, son yarım il üzrə orta göstəricidən 17 dəfə çoxdur. Həmin dövrdə şirkətin qiymətli kağızları ilə gündəlik ticarətinin həcmi orta hesabla 2 milyard dollar olub.

Ancaq 20 iyulda ticarət sessiyasının son saniyyəsində 10 milyard dollarlıq əqdlər qeydə alınıb. Həcmin artımı şirkətin səhmlərinin “S&P 500” indeksinə daxil edilməsi ərəfəsində baş tutub.

Qeyd edilir ki, ilkin olaraq bazar iştirakçıları arasından “Moderna”nın populyarlığı COVID-19-a qarşı effektiv vaksin yaradandan sonra baş verdi. Qiymətli kağızlara marağın kəskin artması isə koronovirusun “Delta” ştamı ilə bağlı yaranan qorxu ilə əlaqələndirilir.

Banner

Digər xəbərlər

Banner