21 aprel 2020-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları (DQİ) üzrə hərrac keçiriləcək. FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
| Dövlət istiqrazının növü | Diskontlu, qısamüddətli dövlət istiqrazları | 
| Qiymətli kağızın ISIN kodu | AZ0104004772 | 
| Emissiya həcmi | 20 000 000 AZN | 
| Nominal dəyəri | 100 AZN | 
| İstiqrazların tədavül müddəti | 364 gün | 
| Ödəmə tarixi | 20.04.2021 | 
| Anderrayter | Paşa Kapital İŞ QSC | 
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.




 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








