Birja

Mən niyə bitkoin və kriptovalyuta almadım? - ANALİZ

Mən niyə bitkoin və kriptovalyuta almadım? - ANALİZ | FED.az
10:32 5 May 2021

Sqon günlər kriptovalyuta bazarı ətrafında canlanma pik həddə çatıb. «Bitkoin», «Eterium», «Ripl», «Dogekoin» və digər koinlərin qiymətinin artması onların ətrafında görünməmiş ajiotaj yaradıb. Bu sahəyə maraq göstərən investorların sayı və yatırılan məbləğlər artmaqdadır.

Bitkoinlə necə qazanmaq olar? - FED.az-ın - CANLI YAYIMI

Bununla yanaşı, FED.az xəbər verir ki, qiymətli kağızlar və birja ticarəti üzrə bəzi mütəxəssislər kriptovalyuta bazarını riskli sayır və ora pul yatırmağın itki ilə nəticələnəcəyini gözləyirlər.

FED.az "AzFinance İnvestisiya Şirkətinin Direktoru İntiqam Səfərəliyevin "Mən niyə kriptovalyuta almadım?" adlı analizini təqdim edir.

1. Rəqəmsal valyuta almaq mənim üçün uzunmüddətli addımdır. Bitcoinin gələcəkdə dolları əvəz edəcək bir valyuta olacağı illuziyası yaradıldığı üçün mən bu ehtimalı araşdırmalı və uzun müddətli investiya etməli idim.

2. Bütün sərvətimizin 1%-i i həcmində (100-200$) kriptovalyuta almaq özü də ciddi addım deyil. Düşünün ki, nəğd pulunuzun 1% i dollardır. Siz ona nə qədər əhəmiyyət verirsiz? Düşünürsüz ki, dollar qalxsaydı qazanardım? Demək, valyutadırsa, kriptovalyutanı da əhəmiyyətli həcmdə almaq lazımdır. Yəni investisiyanızın 20-30% i həcmində. Bu isə ciddi addımdır, təhlil etmək, araşdırmaq, məlumat toplamaq lazımdır.

Beləliklə, ciddi həcmdə kriptovalyuta almağın çox boyük bir risk olduğunu gördüm və bu fikirdən daşındım. Səhmlər isə tənzimlənən bazarda ticarət edilir, təhlil üçün məlumat çoxdur, arxasındakı biznes aydındır və risklər dəfələrlə az olsa da, gəlirdə limit yoxdur. Tesla 15 ilə 200 dəfə, NİO 1 ilə 20 dəfə qalxıb. Yəni peşəkar analitiklər investiyanı səhm bazarına yatırmağı tövsiyə etməlidir

3. Bu qərarı verə bilmək üçün 2018 ci ildə innovasiyanın mərkəzi ABŞ-ın Kaliforniya ştatına, San Fransiskoya səfər etdim. Qrup halında 50-yə yaxın insanla görüşdük. Startup və kriptoların gələcəyi barədə məlumat topladım və bu nəticəyə gəldim:

A) Qızılın qiyməti qalxacaq (2018 də)

B) Marketinq biznesin mərkəzi funksiyasıdır

C) Marketinq elə qurulmalıdır ki, 1-3 il sonra siz pul xərcləmədən sizdən danışsınlar (Tesla və Bitcoində olduğu kimi),

D) Teslanı kimlərsə dəstəkləyir amma avtomobilləri rəqabətli deyil

E) Bitcoini ciddi məbləğdə almaq risklidir, qiymət yüksəkdir, düşə də bilər.

G) Digər kriptovalyutalardan baş açmaq üçün Avstraliyaya da getmək lazımdır.

4. Bir ay sonra Sibos formunda (maliyyə sahəsində dünyanın ən mötəbər formudur) və İntersekt illik Fintech konfransında iştirak etmək üçün Avstraliyaya səfər etdim. 14 günlük səfər zamanı gəldiyim qənaət:

- Kapitalın 5-10 mln dollar olarsa Avstraliyada xoşbəxt yaşaya bilərsən.

- Avstraliya iqtisadiyyatı Azərbaycanla çox oxşardır, öyrəniləcək çox istiqamətlər var

- Maliyyə bazarlarını pensiya fondları vasitəsilə ciddi inkişaf etdirmək olar

- Avstraliyada 300 müxtəlif kriptovalyuta yalnız Çindən Avstraliyaya pul daşımaq üçün istifadə edilir.

Valyutanı bir nəfər Çində nağd alır və Avstraliyada nağd şəklində satır. Valyuta da komissiya həcmində gündəlik qalxır. Yəni valyutanın arxasında heç nə dayanmır. Bu isə mənə ciddi araşdırma aparmalı olduğum siqnalını verdi.

5. 3000 kriptovalyuta var və bunlardan hansı kriptovalyutanın arxasında ciddi ideya və dayaqnıqlı biznes mənbəyi tapmaq lazımdır. Məlumat azdır, Tənzimlənən bazar deyil və bu kriptovalyutalar hər bir proqramıçının yarada biləcəyi koddan başqa heç nə deyil. Yəni istənilən şəxs 10-20 min dollar xərcləməklə 1 milyard ədəd kripto valyuta yarada və dovriyyəyə buraxa bilər.

Fundamental təhlildən sonra texniki təhlil etmək və risk-gəlir əlaqəsinə baxıb qısamüddətli kiçik yatırım etmək olardı.
İlk növbədə bir valyutanın dəyər ifadə etməsi üçün ona inanıb yatırım edənlərin sayı və onlardakı coin sayına baxdıq. Göründü ki, investorların 90% i 50-100$ yatırım etmiş, təsadüfi adamlardır.
Kriptoların həcminin 80%- i isə kimliyi bilinməyən az saylı adamlardadır. Bu o deməkdir ki, maraq yaradılır, gələcəyin valyutası deyib insanlar 100$- lıq alırlar və 95% hallarda bu insanlar satış etmir. Yəni ancaq alış var. 80% in sahibi isə qiymətin qalxmasında maraqlıdır və satışı müəyyən çərçivədə edir. Komissiyalar çox yüksək olduğu üçün (10% ətrafında) alıcı satmaqda maraqlı olanda da qiymətin qalxmasını gözləmək məcburiyyətindədirlər.
Bəzi ölkələr İCO-ya (kriptovalyuta yaradıb ilkin satış üçün təklif edilməsinə) qadağa qoydu. Bu da mənim uzun müddət marağımı azaltdı. Nəticəm belədir ki, mənim 3 000 kriptovalyutanı bir-bir araşdırmağa çox da həvəsim yoxdur. Bu yatırım edəcəyim kiçik məbləğdən ola biləcək qazanca dəymir. Hazır araşdırma olanda təhlil edirəm və hələ ki, konservativ yanaşıram. Ola bilsin ki, hansısa kriptovalyuta dünya pulu rolu oynaya bilsin, hansı olar onu bilmirəm. Digital Human kitabını oxuyub bir baxış bucağı formalaşdıra bilərsiniz. İstəsəniz oxuyun. Bu gün İnvestisiya etmək üçün kriptovalyutalar foreksdən daha risklidir və hətta risk gəlirdən dəfələrlə çoxdur. Bir valyutanın bazarı və investorları o qədər çox deyil ki, qrafik üzərindən texniki analiz edəsən. Bir nəfər çıxıb tədavüldəki həcmdən 2 dəfə çox sayda coin satacaq bütün analiz alt üst olacaq. Birjada ticarət olunan Səhmlər bu baxımdan fərqlənir.

1. Biz 10%dən çox paya malik olan səhmdarları tanıyırıq.

2. Onlar, məsələn Musk Teslanın səhmlərini satmaq istəyəndə əvvəlcədən elan verməlidir. Biz də məlumat əsasında ondan qabaq sata bilərik.

Şəbəkə satışı dediyimiz metodla yeni alıcıları cəlb edirlər. Bina tikilən zaman beton zavod alacağını mənzilə barter edir və ev təhvil veriləndən sonra satıb həm betonun pulunu və həm də artıq qazanc əldə edir. Eyni metodla çirkli pullarla əməliyyat edən "biznesmenlər" ödənişi kriptovalyuta ilə əldə etdikdən sonra onu yavaş-yavaş yüksək qiymətə öz ətraflarına satmağa və maraq yaratmağa çalışmalıdır. Qiymət də 10-20-50% baha ola bilər. Bu insanlardan bir neçəsi Azərbaycana da gəlmişdi ki, kripyovalyutanı burda nəğd satın və yığılan pulları 3-5 il burada investisiya edəcəyik. Ona görə də kriptovalyutaları qeyri məhdud sayda insan reklam edir, satmağa çalışır. Satmaq isə çox asandır. Alıcıdan razılaşdığın məbləği nəğd alırsan və elektron cüzdanından valyutaları onun cüzdanına köçürürsən. Sabahdan artıq o adam da satıcı və ya reklamçıdır.

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər