Birja

Mərkəzi Bankın not hərracında – BÖYÜK TƏLƏB

Mərkəzi Bankın not hərracında – BÖYÜK TƏLƏB | FED.az
09:02 30 İyul 2020

Azərbaycan Mərkəzi Bankının (AMB) Qısamüddətli Notları yerləşdirilməsi üzrə hərracda böyük tələb qeydə alınıb. FED.az xəbər verir ki, iyulun 29-da Bakı Fond Birjasında AMB-nin 50100583S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 
Hərrac zamanı 21 investor tərəfindən qiymət intervalı 99.4966 AZN (6.51%) və 99,4589 (6.99%) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 623,6 milyon manat olub. 
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4966 AZN (6.51%), orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51%) müəyyən edilib. Hərrac nəticəsində bütün 200 milyon manatlıq notlar yeprləşdirilib. 
Notların ödəmə tarixi 26.08.2020

Digər xəbərlər