Birja

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ

Notların yerləşdirilməsi üzrə hərrac keçirilib - NƏTİCƏSİ | FED.az
16:04 20 Noy 2019

20 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

FED.az xəbər verir ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 22 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 661 milyon 610 min olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi  100 milyon manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 19.12.2019

Digər xəbərlər