Birja

Pakistanda birja binasna hücum olub, ölən və yaralananlar var

Pakistanda birja binasna hücum olub, ölən və yaralananlar var | FED.az
10:45 29 İyun 2020

Pakistanda Fond Birjasının binasına hücum nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.

Eləcə də bax: Çinin bitkoin istehsalçısı – ABŞ BİRJASINA ÇIXIR

FED.az xəbər verir ki, «Röyters»in məlumatına görə, qumbara və tapançalarla silahlanmış terrorçular Karaçinin Fond Birjasına  (KSE) hücum ediblər.

Birjaya «Toyota Corolla» ilə gələn  hücum edənlərdən 4-ü öldürülüb. Güc strukturlarının da azı bir əməkdaşının və iki dinc sakinin  öldürüldüyü bildirilir. Yeri gəlmişkən, birjanın yerləşdiyi binada bir neçə özəl bank da yerləşir.

Ölkənin ən byöük birjasına hücuma görə, məsuliyyəti «Belucistanın azadlığı ordusu» üzərinə götürüb. Bu qruplaşma bölgənin muxtariyyəti uğrunda mübarizə aparır.

1947-ci ildə yaradılan KSE Pakistandakı 3 birjadan ən böyüyüdür. Burada illik ticarət həcmi 280 milyard dollara çatır.

Digər xəbərlər

Banner