Birja

Qiymətli Kağızlar bazarı ikiqat kiçilib – RƏQƏMLƏR AÇIQLANDI

Qiymətli Kağızlar bazarı ikiqat kiçilib – RƏQƏMLƏR AÇIQLANDI | FED.az
16:00 3 Aprel 2020

Bakı Fond Birjasında 2020-ci ilin yanvar-mart ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 2 milyard 76 milyon 41,4 min manat təşkil edib.

FED.az xəbər verir ki, bu 2019-cu ilin analoji dövrü ilə müqayisədə 1,85 dəfə azdır. Xatırladaq ki, ötən ilin ilk rübündə qiymətli kağızlar bazarında əməliyyatlar 3 milyard 854 milyon 512,6 min manat olmuşdu.

Azalma dövlət qiymətli kağızlar bazarındakı (Mərkəzi Bank və Maliyyə Nazirliyi) geriləmə ilə bağlıdır. Ötən illə müqayisədə bu sahədə 4 dəfədən çox azalma baş verib.

İpoteka Fondunun böyük həcmdə istiqrazları (728 milyon manat) və Repo əməliyyatlarının kəskin artımı bu azalmanı bir qədər yumşaltsa da, ümumi bazarın ikiqat azalmasına mane ola bilməyib. Baxmayaraq ki, ümumi təkrar bazar üzrə ticarət həcmində 375%, repo əməliyyatları üzrə isə 318% böyümə qeydə alınıb.

2020-ci ilin mart ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası   2 milyard 445 milyon 181,9 min manat təşkil edib.

BFB-nin ticarət dövriyyəsinin müqayisəli cədvəli

Bazarlar / Əməliyyatlar

31.03.2020-ci il tarixinə

31.03.2019-cu il tarixinə

 Əqdlərin həcmi (manatla)

 Əqdlərin sayı

Əqdlərin həcmi (manatla)

 Əqdlərin sayı

1. Dövlət qiymətli kağızları

887,902,489

274

3,671,751,529

466

1.1. İlkin bazar

595,501,069

126

3,514,830,748

351

Dövlət istiqrazları (AR Maliyyə Nazirliyi)

290,411,029

68

151,753,827

63

ARMB* qiymətli kağızları

305,090,040

58

3,363,076,921

288

1.2. Təkrar bazar

292,401,420

148

156,920,781

115

Dövlət istiqrazları

104,006,867

124

75,685,890

99

ARMB qiymətli kağızları

188,394,553

24

81,234,891

16

2. Korporativ qiymətli kağızlar

765,676,981

643

81,681,290

534

2.1. İlkin bazar

22,000,000

4

20,485,914

8

2.1.1. Səhmlər

-

-

300,000

2

2.1.2. İstiqrazlar

22,000,000

4

20,185,914

6

-  İpoteka istiqrazları

20,000,000

1

20,185,914

6

-  Digər istiqrazlar

2,000,000

3

0

0

2.2. Təkrar bazar

743,676,981

639

61,195,376

526

2.2.1. Səhmlər

6,719,050

496

384,025

398

2.2.2. İstiqrazlar

736,957,931

143

60,811,351

128

-  İpoteka istiqrazları

728,735,862

41

48,138,228

3

-  Digər istiqrazlar

8,222,069

102

12,673,123

125

3. Repo əməliyyatları

422,461,934

232

101,079,830

88

Dövlət istiqrazları üzrə

374,559,691

210

92,632,537

82

ARMB qiymətli kağızları üzrə

11,608,691

4

3,835,354

2

Korporativ qiymətli kağızlar üzrə

36,293,552

18

4,611,939

4

Cəmi (1+2+3)

2,076,041,404

1,149

3,854,512,648

1,088

  -  o cümlədən: ilkin bazar   

617,501,069

130

3,535,316,662

359

  -  o cümlədən: təkrar bazar

1,036,078,401

787

218,116,157

641

* ARMB – Azərbaycan Respublikasının Mərkəzi Bankı         

Digər xəbərlər

Banner