Banner

Birja

Qızıl 1800 dollardan aşağı düşdü – KƏSKİN UCUZLAŞMA

Qızıl 1800 dollardan aşağı düşdü – KƏSKİN UCUZLAŞMA | FED.az
22:50 27 Noy 2020

Qızıl son 5 ayda ən uzun həftəlik ucuzlaşma döürünə daxil olaraq 1800 dollardan aşağı qiymətə düşdü.

Qızılın qiymətini izləyən VIX indeksi isə fevral ayından bəri ilk dəfə 20-dən aşağı oldu.

FED.az xəbər verir ki, qızıl qiymətləri ardıcıl üçüncü həftə enməyə doğru irəlilədikcə iyun ayından sonra ən uzun itki dövrünə hazırlaşır.

Belə ki, bu gün qızıl 1,04% itirərək 1796 dollara düşüb. Ümumilikdə isə son həftə qızılın qiyməti 4% azalıb.

Qızıl əsaslı Birja Ticarət Fondları da bu ilin hər ayını qazancla bağlasa da, ilk dəfə olaraq noyabr ayında qızıldan kənara investisiya axını, bura daxilolmalardan daha yüksək olub.

Qızılın ucuzlaşmasınnı səbəbi ABŞ-da prezident seçkilərindən sonra vəziyyətin getdikcə aydınlaşması və koronavirus peyvəndinin hazırlanması ilə bağlı yeniliklər olub.

Birja ekspertləri bildirir ki, qızılın qiymətləri 1 760-1 780 dollarda dayana bilməsə, qiymətlər 1600 dollaradək enəcək.

Digər xəbərlər