Birja

"Bitcoin" mayninq edən kompüterlər texnika ilə məhv edildi - VİDEO

"Bitcoin" mayninq edən kompüterlər texnika ilə məhv edildi - VİDEO | FED.az
15:20 20 İyul 2021

Xəbər verdiyimiz kimi, Bitcoin-in qiyməti təxminən bir ay sonra ilk dəfə 30 min dollardan aşağı düşüb. Digər kriptovalyutalar da Bitcoin ilə bərabər ucuzlaşıblar.

Eləcə də bax: Nassim Taleb: “Bir valyuta olaraq bitkoinin dəyəri sıfıra bərabərdir”

FED.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:00-da Bitcoin 6.54% ucuzlaşma ilə 29 min 770 dollardan ticarət olunub.

Ethereum təxminən 9%, Ripple təxminən 10 geriləyib. Bloomberg Galaxy Kripto İndeksi də təxminən 5% nisbətində düşüb.

Aprel ayının ortalarında Bitcoinin qiyməti təxminən 65 min dollara yüksəlmişdi.

Çinin kriptovalyuta əməliyyatlarına son dövrdə tətbiq etdiyi bəzi qadağalar qiymətlərin düşməsinə səbəb olur.

Malayziya polisi isə kriptovalyuta maynerlərinə qarşı əsl “savaş” elan edib. Bu ilin fevral-apel ayları ərzində Bitcoin mayninq edən, dəyəri 1 milyon dollardan çox olan 1069 ədəd kompüter müsadirə edilib. Onların oğurluq elektrik enerjisi əsasında işlədiyi məlum olub. Dünən polis həmin kompüterləri yol yatağı hamarlayan texnikanın altında xırdalayaraq, məhv edib. (Marja)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər

Banner