Birja

"Goldman Sachs" bitkoin ticarətinin həcmini - Artıracaq

"Goldman Sachs" bitkoin ticarətinin həcmini -  Artıracaq | FED.az
11:00 19 İyun 2021

"Goldman Sachs" bankı öz fəaliyyətində məşhur kriptovalyutadan istifadə edəcək.

FED.az məlumat verir ki, bu barədə RBK xəbər yayıb.

ABŞ-ın kredit təşkilatı sahibkar Maykl Novoqartsın "Galaxy Digital" şirkəti ilə müqaviləsi çərçivəsində kriptovalyuta fyuçerslərinin ticarətini həyata keçirəcək.

Məlumata görə, "Goldman Sachs" ilk dəfədir ki, rəqəmsal valyutalar bazarında əməliyyatlar üçün kontragent xidmətlərindən istifadə edir.

Xatırladaq ki, 2021-ci ilin mayında "Goldman Sachs"da kriptovalyuta ticarəti ilə məşğul olacaq şöbə təsis edilib.

M.Novoqartsa məxsus şirkət Çikaqo Əmtəə Birjası Qrupunun fyuçers və bitkoinləri ilə ticarət əməliyyatları həyata keçirəcək. (Report)

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.

Banner

Digər xəbərlər