Koronavirusun yayılması aviasiya sənayesinə ciddi zərbə vurmağa davam edir.
Eləcə də bax: "Rolls-Royce"un oyuncaq modeli - "TOYOTA KOROLLA" QİYMƏTİNƏ SATILIR
FED.az xəbər verir ki, virus ingilis təyyarə mühərriki istehsalçısı “Rolls-Royce”a da ciddi ziyan vurub. Beynəlxalq kredit reytinq agentliyi “Standard & Poor's” (S&P) şirkətin reytinqini investisiya səviyyəsindən aşağı salıb. Beləliklə, Roll-Royce 20 ildir sahib olduğu investisiya səviyyəsindəki reytinqini itirib.
“Financial Times” qəzetinin məlumatına görə, S&P, qərarın səbəbi olaraq "uzunmüddətli zəif gəlirlilik" və "mühərrik xidməti müqavilələrindən pul axınının əhəmiyyətli dərəcədə azalmasına" işarə edib.
“Fitch” və “Moody’s” də şirkətin reytinqini düşürə bilər
Digər böyük kredit reytinq agentliyi “Fitch” və “Moody”, “S&P” agentliyini izləyərək şirkətin səviyyəsini aşağı sala bilər. Hal hazırda “Fitch” şirkətin reytinqini investisiya səviyyəsindən iki pillə yuxarı saxlayır, “Moody's” isə reytinqi bir pillə üstündə saxlayır.
Bir çox investorun “S&P”-nin qərarından sonra “Rolls-Royce” istiqrazlarını investisiya səviyyədən aşağı düşdüyü üçün satması gözlənilir.
Şirkət keçən həftə 9000 iş yerini ixtisar edəcəyini açıqlamışdı. Aviasiya sektorunun epidemiyadan əvvəlki səviyyələrə qayıtması üçün illər tələb oluna biləcəyi ifadə edilib.
Dünyanın bir çox aviaşirkəti iflas ərəfəsində olsa da, “Boeing” və “Rolls-Royce” kimi nəhəng istehsalçılar da kütləvi şəkildə işdən çıxarma qərarları verdilər.
Şirkət tərəfindən edilən açıqlamada "Biz likvidliyimizi artırmaq və koronavirus epidemiyasının qısa müddətli təsirlərinə qarşı xərclərimizi əhəmiyyətli dərəcədə azaltmaq üçün sürətli bir addım atdıq. Bu addımlar baş verən mənfi təsirləri aradan qaldırmağa kömək edəcək." deyilib.