Birja

“Saudi Aramco”nun səhmləri dekabrın 11-də “Tadawul” birjasında - SATIŞA ÇIXARILACAQ

“Saudi Aramco”nun səhmləri dekabrın 11-də “Tadawul” birjasında - SATIŞA ÇIXARILACAQ | FED.az
16:19 14 Noy 2019

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) dekabrın 11-də keçiriləcək.

FED.az xəbər verir ki, səhmlərin qiymətləndirilməsi noyabrın 17-dən dekabrın 4-dək davam edəcək. Şirkətin səhmlərinin dekabrın 11-də Səudiyyə Ərəbistanının “Tadawul” birjasında satışa çıxarılması planlaşdırılır.

Eləcə də bax: Dünyanın ən böyük neft şirkətinin - SƏHMLƏRİ SATIŞDA - «XALQA AÇILIR»

Qeyd edək ki, neft nəhəngi səhmlərinin 0,5 faizini fərdi investorlara təklif edəcək. “Aramco” səudiyyəli investorları Ər-Riyad birjasına cəlb etmək niyyətindədir. “Saudi Aramco”nun IPO-su pərakəndə investorların Riyad birjasına qayıtmasına səbəb ola bilər.

“Aramco” 1,5 trilyon dollar səviyyəsində dəyər qazanacağı təqdirdə Səudiyyə Ərəbistanının hədəf dairəsindən aşağıda qalacaq. Belə ki, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud IPO-dan sonra “Aramco”nun dəyərinin 2 trilyon dollara çatacağını gözləyir. Bankların proqnozuna görə isə bu rəqəm 1,5 trilyon dollar olacaq.

Ekspertlərə görə, fərdi investorlar üçün ayrılan hissə təxminən 7,5 milyard dollar ola bilər.

“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılır. Şirkətin səhmlərinin 2 faizinin Səudiyyə Ərəbistanının “Tadawul” birjasında satışa çıxarılması planlaşdırır. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.

Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyması nəzərdə tutulur.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”in həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.

 

Digər xəbərlər