Banner

Birja

Xəzinə illik 10%-lə - 25 MİLYON MANAT BORC ALIR

Xəzinə illik 10%-lə - 25 MİLYON MANAT BORC ALIR | FED.az
09:54 5 İyun 2020

İyunun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. FED.az xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

          İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib;

Dövlət istiqrazının növü

Faizli, ortamüddətli dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0105010786

Emissiya həcmi

25 000 000 AZN

Nominal dəyəri

100 AZN

İstiqrazların tədavül müddəti

728  gün

Faiz ödənişləri (olduqda)

8 dekabr 2020-ci il, 8 iyun 2021-ci il,

7 dekabr 2021-ci il, 7 iyun 2022-ci il

Faiz gəliri

10 %

Ödəmə tarixi

07.06.2022

Anderrayter

Paşa Kapital İŞ

 QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 30%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Digər xəbərlər

Banner