Banner

Biznes təkliflər

Quşçuluq təsərrüfatı – SIĞORTA ŞİRKƏTİ AXTARIR – BİZNES TƏKLİF

Quşçuluq təsərrüfatı – SIĞORTA ŞİRKƏTİ AXTARIR – BİZNES TƏKLİF | FED.az
15:25 5 Fev 2020

Azərbaycanda fermer sığortaçı axtarır.

FED.az xəbər verir ki, Zaqatalanın Aşağı tala kənd sakini Abid Ağa saxladığı cücələri sığortalayacaq sığorta şirkəti tapa bilmir.

Eləcə də bax: «Harda ucuz toyuq var, alıb gətirirlər, bacara bilmirik» - İŞ ADAMI

Abid Ağanın FED.az-a verdiyi məlumata görə, “Paşa Sığorta” şirkətinə müraciət edib. Lakin şirkətdən heç bir cavab ala bilməyib.

Fermerin sözlərinə görə, 10 min cücəsi var. Onun bundan öncə saxladığı 10 min cücədən 2 mini tələf olduğundan bu dəfə maksimum dərəcədə itkilərini qarşılamaq istəyir. Təsərrüfat sahibi sığorta şirkətinə 500 manat verə biləcəyini bildirir.

Fermerin sözlərinə görə, cücələr 3 ay ərzində böyüdülüb satışa çaxarılır.

Digər xəbərlər

Banner