Biznes

191 milyon manat kapitalı var, bir ildə - CƏMİ 2 MİN MANAT QAZANIB

191 milyon manat kapitalı var, bir ildə - CƏMİ 2 MİN MANAT QAZANIB | FED.az
09:49 23 İyun 2020

Azərbaycanın ən böyük konsert və tədbirlər məkanı sayıldan «Bakı Kristal Zalı» MMC-nin 2019-cu il üzrə hesabatını açıqlayıb.

Eləcə də bax: "Azərişıq" ötən ilin maliyyə nəticələrini - AÇIQLAYIB

FED.az-ın məlumatına görə, müəssisə zərərlə işləməsə də, ötən bərbad nəticələrələ başa vurub. Əməliyyat gəlirləri 5 milyon manata yaxın olan bu dövlət qurumu ilin axırında cəmi 2,2 min manatia mənfəət əldə edə bilib.

Hesabata əsasən, ötən il «Bakı Kristal Zalı»nın əməliyyat gəlirləri əvvəldki illə müqayisədə 44% artaraq 4 milyon 742 mmin manat olub. Müəssisənin illik xərcləri də təqribən bu həddə olub.

Belə ki, ötən il «Bakıü Kristal Zalı»nın kommersiya xərcləri 846,5 min manat (btən illə müqayisədə 41% azalma), inzibati xərcləri isə 2 dəfədən çorx artaraq 3 milyon 893 min manat olub.

Ötən il «Kristal Zal» 739,2 min manat əmək haqqı ödəyib.

Nəticədə şirkətin cəri əməliyyat xərcləri 4 milyon 739,6 min manat, il üzrə əməliyyat mənfəəti isə cəmi 2729 manat olub.

İl ərzində cəmi 546 manat mənffəət vergisi ödəyən «Bakı Kristal Zalı»nın illik xalis mənfəəti 2 min 183 manat 30 qəpik olub. Bu ötən illə müqayisədə 3,5 dəfə azdır.

Maraqlıdır ki, turizmin sürətli artımı və iqtisadiyyatda canlanmanın olduğu 2019-cu ildə Əyləncə məkanı normal mənfəət əldə edə bilməyib.

Halbüki, belə kiçik mənfəətlə, demək olar ki, mənfəətsiz işləyən «Bakı Kristal Zalı» ölkədə ən böyük aktivlərə və nizamnamə kapitalına malika olan dövlət şirkətlərindəndir.

Ötən il Zalın aktivləri 174,3 milyon manat təşkil edib, əvvəlki illə müqayisədə bu göstərici demək olar dəyişməyib.

Şirkətin nizamnamə kapitalı isə 191,6 milyon manatdır, amma əvvəlki illərdən yığılmış zərərlər bunun 17,3 milyon manatını «yeyib», nəticədə cəmi kapital 174,2 milyon manata düşüb. 

Digər xəbərlər

Banner