Banner

Biznes

2 bank və 1 sığorta şirkətinin səhmdarı olan şirkət yenidən - Təşkil Olunur

2 bank və 1 sığorta şirkətinin səhmdarı olan şirkət yenidən - Təşkil Olunur | FED.az
18:10 15 Yan 2021

Azərbaycanda 3 iri maliyyə təşkilatının səhmdarı olan “Yevro Standart” MMC şirkəti yenidən təşkil olunur.

Eləcə də bax:“ExpressBank”ın səhmdarlarının - Yığıncağı Keçiriləcək

FED.az Banker.az-a istinadən xəbər verir ki, “Grand-Lead” Məhdud Məsuliyyətli Cəmiyyəti  fəaliyyətinə xitam verilərək “Yevro Standart” MMC-yə qoşulduğunu və “Yevro Standart” Məhdud Məsuliyyətli Cəmiyyəti “Grand-Lead” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edir.

Qeyd edək ki, ASC “Xalq” Bankının nizamnamə kapitalının 33.85% -i, “Bank Avrasiya” ASC-nin nizamnamə kapitalının 37,50%-i və “Xalq Sığorta” ASC-nin nizamnamə kapitalının 50%-i  “Yevro Standart” şirkətinə məxsusdur.

“Yevro Standart” MMC şirkəti “PAŞA Holdinq” ilə eyni ünvanda fəaliyyət göstərir.

Banner

Digər xəbərlər