Banner

Biznes

6 şirkətin qeydiyyata alınmasından - İmtina Olunub

6 şirkətin qeydiyyata alınmasından - İmtina Olunub | FED.az
13:01 3 Mart 2021

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 2 mart 2021-ci il tarixində qida məhsulları sahəsində fəaliyyət göstərən 19 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.

Eləcə də bax: “Taksim Kebab”, “Qəsr”, “Mozzarella” və “Neon” restoranlarında - Nöqsanlar Tapılıb

Qida Təhlükəsizliyi Agentliyindən FED.az-a verilən məlumata görə, həmin tarixdə 6 sahibkarlıq subyektində aparılan təftiş və ekspertiza nəticəsində həmin subyektin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.

Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:

Subyektin adı

Fəaliyyət istiqaməti

İmtina səbəbi

1

Savalanova Rəna Balaca qızı

İstehsal

Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.

2

"AZERBAİJAN POULTRY COMPANY" MMC

Topdan satış

Sahibkar hal-hazırda fəaliyyət göstərmir.

3

Şərifi Məhəmməd Qərib oğlu

 

 

İctimai iaşə

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

4

Mahmudov Yadigar Yusif oğlu

Topdan satış

Sahibkar tərəfindən yanlışlıqla ikinci dəfə müraciət edilmişdir.

5

Cəfərov Əbülfəz Nuri oğlu

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

6

Qəniyev Məsləhət İsmayil oğlu

Pərakəndə satış

Sahibkar tərəfindən dövlət rüsumu ödənilməmişdir.

Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.

Banner
Banner

Digər xəbərlər