Biznes

Abşeronda sanitar-karantin qaydalarını pozan - 28 NƏFƏR CƏRİMƏLƏNİB

Abşeronda sanitar-karantin qaydalarını pozan - 28 NƏFƏR CƏRİMƏLƏNİB | FED.az
20:14 11 Avq 2020

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə bu gün Abşeron Rayon Polis İdarəsinin əməkdaşları və DQ-nin hərbi qulluqçuları ilə birgə rayon ərazisində fəaliyyətinə icazə verilən obyektlərdə, ictimai nəqliyyatda və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib. 

FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "apa"ya verilən məlumata görə, polis və hərbi qulluqçular tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminə əməl olunması üçün qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət və əhaliyə məişət xidmətləri göstərən obyektlərdə, küçə və prospektlərdə profilaktik söhbətlər aparılıb.

Tədbirlərdə sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər.

Abşeron rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

Digər xəbərlər

Banner