Banner

Biznes

Alman şirkəti Uorren Baffetti – FOTOŞOPLA ALDADIB PULUNU ALIB 

Alman şirkəti Uorren Baffetti – FOTOŞOPLA ALDADIB PULUNU ALIB  | FED.az
12:22 26 May 2020

Məşhur biznesmen Uorren Baffettin «Berkshire Hathaway» şirkəti Almaniyanın krefeld şəhərində yerləşən paslanmayan polad istehsalı üzrə ailə şirkətini almaq üçün reallıqda olandan 5 dəfə artıq pul ödəyib. 

Eləcə də bax: Milyarder Cek Ma Çinin ən varlı adamı - STATUSUNU İTİRDİ

FED.az xəbər verir ki, alman şirkəti Baffeti aldadaraq başqa şirkətin maliyyə göstəricilərini fotoşop vasitəsilə öz rəqəmləri kimi göstərib. 

2017-ci ilin fevralında uorren Baffetin şirkəti «Wilhelm Schulz» ailə şirkətini 800 milyon avroya satın alıb. «Guardian» yazır ki, dünyanın ən məşhur adamlarından olan Baffetin hər hansı ailə biznesi ilə müqavilə bağlamasının özü nadir hadisələrdən biri idi. Amma elə həmin ilin mayında «Berkshire Hathaway» şirkəti «Wilhelm Schulz»un təqdim etdiyi sənədlərin doğruluğuna şübhə etməyə başlayıb. Şirkət həmin sənədləri alıcıya təqdim etmişdi ki, biznesin necə inkişaf etdiyini sübut etsin. Reallıqda isə alman şirkəti müflisləşmə ərəfəsində imiş. 

Bundan sonra iş məhkəmyə verilib və 2020-ci ilin aprelində Nyu-York arbitraj məhkəməsi qərara gəlib ki, «Wilhelm Schulz» investorları mütəmadi olaraq aldadırmış.  Məhkəmə hələ başa çatmayıb, amma əldə olan sübutlar günahın sübut edildiyini və dələduzluq faktını təsdiqləyir.

Almaniyanın «Handelsblatt» qəzeti isə yazır ki, «Wilhelm Schulz» şirkəti başqa şirkətlərin sənədlərini fotoşop vasitəsilə özününkü kimi göstərərək sifarişləri və hesabları saxtalaşdırıb. İndi məlum olur ki, alman şirkəti öz real vəziyyətini göstərmək üçün 47 saxta sənəd təqdi edib. 

Məhkəmə qərara gəlib ki, şirkətin bazar qiyməti 157 milyon avrodan artıq deyil. Və nəticədə artıq ödənilən 643 milyon avronu qaytarmalıdır. «Schulz Group»un keçmiş sahibləri məhkəmənin qərarı ilə razı deyillər: «Biz məhkəmənin qərarından narazıyıq və onu qətiyyən doğru saymırıq, dələduzluq ittihamını da rədd edirik».

Aprelin 28-də qarşı tərəf Nyu-York dairəsinsinin Federal məhkəməsində qərardan şikayət veriblər. Onlar əmindirlər ki, Baffetin şirkətinin «Wilhelm Schulz»i alması nəticəsində zərərə düşmədiyini sübut edə biləcəklər.

 

Digər xəbərlər

Banner