Biznes

Almaniya Azərbaycan şirkətlərinin - LAYİHƏLƏRİNİ MALİYYƏLƏŞDİRƏCƏK

Almaniya Azərbaycan şirkətlərinin - LAYİHƏLƏRİNİ MALİYYƏLƏŞDİRƏCƏK | FED.az
08:45 19 May 2020

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi inkişaf etməkdə olan ölkələrdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə özəl şirkətlərin təklif etdiyi tədbirləri dəstəkləyir.

Eləcə də bax: Nazirlik yerli şirkətlərə xaricdə satış bazarları tapmağa - KÖMƏK EDƏCƏK

FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Azərbaycandakı səfirliyi bu dəstək proqramı ilə maraqlanan şirkətlərimizi sentyabrın 30-dək “COVID-19 Response” başlığı ilə müraciət etməklə layihə təkliflərini təqdim etməyə dəvət edir. Müvafiq layihələr 200 min avroyadək maliyyələşdirilə bilər.

Proqram alman və Avropa şirkətləri, habelə inkişaf etməkdə olan ölkələrin (Azərbaycan kimi) aşağıdakı tələblərə cavab verən şirkətləri üçün açıqdır:

  • illik dövriyyəsi ən azı 400 min avro olan;
  • iki əməliyyat-maliyyə ilinin qeydləri olan;
  • Avropa İttifaqı və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Kömək Komitəsinin siyahısında olan bir ölkədə qeydiyyata alınan və sair.

Proqram və tələb olunan meyarlar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.developpp.de/en/covid19/

İştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri məsləhət üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (fabian.zittlau(at)ahkbaku.de) və ya +994 (50) 273 44 59 nömrəli telefona müraciət edə bilərlər.

Digər xəbərlər