Biznes

Amerikalılar “Made in China” mallarından - İMTİNA ETMƏYƏ BAŞLADILAR

Amerikalılar “Made in China” mallarından - İMTİNA ETMƏYƏ BAŞLADILAR | FED.az
12:51 18 May 2020

Bir çox amerikalı Çində istehsal olunan məhsullardan imtina edir. “FTI Consulting” şirkəti tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, əhalinin təqribən 40%-i bu fikirdədir.

Eləcə də bax: Çin ABŞ şirkətlərinin - "QARA SIYAHISI"NI HAZIRLAYIR

FED.az Banker.az-a istinadən xəbər verir ki, daha 34% isə “Made in China” etiketli məhsul almağa hazır olduğunu, lakin bundan zövq almadığını bildirib. Əhalinin 26%-i məhsulların Çin mənşəli olmasının onların seçiminə təsir etmədiyini açıqlayıb.

Xatırladaq ki, mayın 8-də Çin və ABŞ daha əvvəl bağlanmış ticarət sazişinin birinci mərhələsi üçün əlverişli şərait yaratmağa hazır olduqlarını təsdiqləyiblər.

Bu hadisədən iki gün əvvəl isə Donald Tramp yaxın bir-iki həftə ərzində Çinin bu müqaviləni icra edib-etməməsi ilə bağlı açıqlama verəcəyini vəd etmişdir.

Yanvarın 15-də Tramp və Çinin baş nazirinin müavini Liu He, ölkələr arasında ticarət müqaviləsi çərçivəsində sənədlərin ilk paketini imzaladılar.

Müqavilənin şərtlərinə görə, Pekin ABŞ-dan 75 milyard dollar dəyərində sənaye məhsulları, 50 milyard dollar dəyərində enerji daşıyıcıları və 40 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları almalıdır.

Digər xəbərlər