Biznes

"Avrora" Neftçalada aztəminatlı - AİLƏLƏRİ SEVİNDİRİB

"Avrora" Neftçalada aztəminatlı - AİLƏLƏRİ SEVİNDİRİB | FED.az
11:00 30 İyul 2020

Avrora Qrup sosial məsuliyyət proqramına uyğun olaraq Qurban bayramı ilə əlaqədar Neftçala rayonunda yardım aksiyası keçirib.

FED.az xəbər verir ki, hal-hazırda Neftçala rayonunda yaşanan su problemini nəzərə alaraq Avrora şirkəti rayonun Kürkənd, Mayak 2, Həsənabad, Xıllı, Qədimkənd, Tatarməhlə, Qaralı, Qaramanlı, Astanlı kəndlərində ərzaq bağlamaları və qurban payı ilə yanaşı içməli su yardımı da edib.

Yardım aksiyası zamanı ərzaq paketləri Neftçala rayonunda fəaliyyət göstərən UGEX xeyriyyə fondunda qeydiyyatda olan aztəminatlı və kimsəsiz ailələrə, fondun əməkdaşları ilə birlikdə çatdırılıb.

Qeyd edək ki, Avrora şirkəti daima müxtəlif xeyriyyə təşkilatları və ictimai birliklərlə yardım aksiyaları həyata keçirir.

Digər xəbərlər