Biznes

Azərbaycan Çinə - BİRBAŞA NEFT İXRACINA BAŞLAYIB

Azərbaycan Çinə - BİRBAŞA NEFT İXRACINA BAŞLAYIB | FED.az
11:43 27 Avq 2019

Azərbaycan Çinə məhsul ixracını əhəmiyyətli dərəcədə artırıb.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, son bir ildə Azərbaycanın Çinə ixracı 23 dəfəyə yaxın artıb. Belə ki, ötən ilin 7 ayı ərzində Çinə 30 mln 024 min manat dəyərində məhsul ixrac edən Azərbaycan bu il bu göstəricini  687 mln 314 min manata çatdırıb.

Artım Azərbaycanın Çinə neft məhsullarının ixracı hesabına mümkün olub.

Azərbaycan, Çinə xam neft və neft məhsullarının ixracını ötən ilin 4-cü rübündə başlayıb. İlk 3 ayda ümümumi dəyəri 75.5 mln dollar olan 137.8 min ton xam neft ixrac olunub.

Bu il isə ilk 6 ayda Çinə neft ixracı sürətlə artaraq 687 mln dolları keçib. Bu ilin birinci yarısında Çinə 1.3 mln tondan artıq neft göndərilib.

Ticarət dövriyyəsinin artması Azərbaycanın əsas ticarət dövriyyəsi olan ölkələr arasında Çini 7 –ci pillədən 4- cü pilləyə qaldırıb.

Digər xəbərlər

Banner