Biznes

"Biznes və əhaliyə dəstək üçün vəsaitin məbləği - 1,8 MİLYARD DOLLARA QƏDƏR ARTIRILACAQ"

"Biznes və əhaliyə dəstək üçün vəsaitin məbləği - 1,8 MİLYARD DOLLARA QƏDƏR ARTIRILACAQ" | FED.az
15:03 9 Aprel 2020

Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyası nəticəsində zərər çəkmiş sahibkarlıq subyektlərinə dəstək üzrə tədbirlər paketini 3 milyard manat ($1,76 milyard) məbləğində qiymətləndirir.

Eləcə də bax: Koronavirus Fonduna köçürülən pullar - AÇIQLANDI

FED.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.

Daha əvvəl bu məbləğin 2,5 milyard manat və ya ÜDM-nin 3%-ni təşkil edəcəyi bildirilmişdi.

“Koronavirusdan zərər çəkmiş sahibkarlıq subyektləri və əhaliyə maliyyə dəstəyinin göstərilməsi üçün tədbirlər planı 3 milyard manat məbləğində qiymətləndirilir. Bu tədbirlər dövlət büdcəsi və digər mənbələrdən maliyyələşdiriləcək”, - deyə S.Babayev RealTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu vəsait sahibkarlıq subyektləri və əhaliyə maliyyə dəstəyinin göstərilməsinə yönəldiləcək.

“Əhaliyə yardımın məbləği təxminən 400 milyon manat ($235 milyon) təşkil edəcək.

 

Digər xəbərlər