Biznes

Azərbaycan iqtisadiyyatı - ARTIB

Azərbaycan iqtisadiyyatı - ARTIB | FED.az
12:39 16 Okt 2019

2019-cu ilin yanvar-avqust aylarında ölkədə 50875,7 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz çox ümumi daxili məhsul istehsal edilib.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 3,0 faiz, neft-qaz sektorunda isə 1,6 faiz artmışdır.

ÜDM istehsalının 43,6 faizi sənayenin, 10,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 6,0 faizi tikintinin, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 5145,1 manata bərabər olmuşdur.

Digər xəbərlər