Biznes

Azərbaycan şirkəti Ankarada ofisini açıb

Azərbaycan şirkəti Ankarada ofisini açıb | FED.az
17:03 19 Okt 2019

Oktyabrın 18-də Azərbaycanın SOCAR AQŞ şirkətinin Ankara ofisinin açılış mərasimi olub. Mərasimdə rəsmi şəxslər, diplomatlar, iş adamları iştirak ediblər.

FED.az xəbər verir ki, SOCAR AQŞ-nin baş direktoru Ramin İsayev qeyd edib ki, rəhbərlik etdiyi şirkət qardaş ölkədə başladığı layihəni müvəffəqiyyətlə başa çatdıracaq.

Xəbər verdiyimiz kimi, Oktyabrın 17-də İstanbulda SOCAR AQŞ ilə “China CAMC Engineering Co., Ltd. - IC İçtaş İnşaat Sanayi ve Ticaret A.Ş.” birgə müəssisəsi arasında “Duz gölü yeraltı qaz anbarlarının genişləndirilməsi” layihəsi çərçivəsində müqavilə imzalanıb.

Müqaviləyə əsasən, SOCAR AQŞ Duz gölü ərazisində 40 quyunu qazaraq sifarişçiyə təhvil verəcək.

Nəzərdə tutulan müqavilənin dəyəri 100 milyon ABŞ dolları civarındadır.

SOCAR AQŞ-nin səhmdarları SOCAR, “Nobel Oil Services” və “Abşeron Qazma” MMC-dir.

marja.az

Digər xəbərlər