Biznes

Azərbaycana tütün məmulatlarının - İDXALI AZALIB

Azərbaycana tütün məmulatlarının - İDXALI AZALIB | FED.az
11:47 19 Sen 2019

Bu ilin yanvar-avqust aylarında Azərbaycana 75,427 milyon ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) FED.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,321 milyon dollar və yaxud 14% azdır.

Eləcə də bax: Azərbaycanda əhalinin spirtli içkilərə və siqaretə nə qədər - PUL XƏRCLƏDİYİ AÇIQLANIB

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0,8%-ni təşkil edib.

8 ay ərzində Azərbaycandan 9,979 milyon dollarlıq tütün və onun sənaye əvəzediciləri ixrac edilib ki, bu da illik müqayisədə 2,86 milyon dollar və yaxud 40,2% çoxdur.

Tütün və tütün əvəzedicilərinin ixracı ümumi ixracın 0,1%-nə bərabər olub.

Report

Digər xəbərlər

Banner