Biznes

Azərbaycanda 37 yaşlı vəzifəli şəxs yeni korporasiya - TƏSİS ETDİ

Azərbaycanda 37 yaşlı vəzifəli şəxs yeni korporasiya - TƏSİS ETDİ | FED.az
09:48 13 İyul 2020

Azərbaycanda daha bir korporasiya yaradıldı.

FED.az Banker.az-a istinadən xəbər verir ki, yeni yaradılan şirkətin adı “İnternational Caspian Corporation” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Eləcə də bax: Azərbaycanda audit şirkətinin rəhbəri olmuş şəxs yeni - SƏHMDAR CƏMİYYƏT YARATDI

“İnternational Caspian Corporation” MMC-nin nizamnamə kapitalı 50 manatdır. Bu korporasiyanın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Nizami ev 96.m.1 ünvanında fəaliyyət göstərəcək.

Yeni şirkət 8 may 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Eminov Anar Nazim oğludur.

Bildirək ki, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə Anar Nazim oğlu Eminov Azərbaycan Turizm və Menecment Universitetinin Elm və İnkişaf məsələləri üzrə prorektoru təyin edilmişdir. Anar Eminovun 37 yaşı var.

Qeyd edək ki, A. Eminov 1982-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Sumqayıt şəhər Texniki və Təbiət Elmləri liseyində almışdır.

A. Eminov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq ticarət” ixtisası üzrə bakalavr dərəcəsindən fərqlənmə diplomu ilə məzun olmuş, 2004-2006-cı illərdə Türkiyə Respublikası Doqquz Eylül Universitetinin Sosial Elmlər İnstitutunda “Beynəlxalq biznesin idarə olunması” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə ilə bitirmişdir.2000-ci ildə universitetlər arası Riyaziyyat olimpiadasında birinci yerə layiq görülmüşdür.Anar Eminov, 2007-2011-ci illərdə Qərb Universitetinin “Hüquq” fakültəsində “hüquqşünas” ixtisası üzrə əlavə (ikinci) ali təhsil alaraq “hüquqşünas” ixtisasına yiyələnmişdir.

Digər xəbərlər

Banner