Biznes

Azərbaycanda da fəaliyyət göstərən şirkət və bankların marka dəyərləri açıqlanıb

Azərbaycanda da fəaliyyət göstərən şirkət və bankların marka dəyərləri açıqlanıb | FED.az
14:31 5 İyun 2018

Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance" tərəfindən "Türkiyənin Ən Dəyərli Markaları-Turkey 100" araşdırmasının 11-incisi tamamlanıb.

FED.az xəbər verir ki, siyahıda ilk yeri 2 milyard 42 milyon dollarlıq marka dəyərilə Türk Hava Yolları (THY) tutur. Bu şirkətin ardınca 1 milyard 907 milyon dollarlıq marka dəyəri ilə "Türk Telekom" gəlir.

Siyahıda üçüncü yeri 1,8 milyard dollarlıq marka dəyəri ilə "Turkcell", dördüncü yeri 1 milyard 649 milyon dollarlıq marka dəyərilə "Akbank", beşinci yeri isə 1 milyard 584 milyon dollarlıq dəyərlə "Garanti Bankası" tutub.

Azərbaycanda da törəmə bankı olan "Ziraat Bankası"nın marka dəyəri 9% artımla 1 milyard 432 milyon dollara çatıb və qurum 6-ncı sıradakı yerini qoruyub. "Ziraat Bankası"nın ardınca, 1 milyard 334 milyon dollar ilə "İş Bankası", 1 milyard 258 milyon dollar ilə "Arçelik", 937 milyon dollarla "Yapı Kredi", 878 milyon dollarla "Ford Otosan" gəlir.
 
Araşdırmaya görə, Türkiyənin ən dəyərli 100 markasının ümumi dəyəri 27,5 milyard dollardır.

Digər xəbərlər