Banner

Biznes

Azərbaycanda hər 5 nəfərdən 1-nin biznesi olub - ARAŞDIRMA

Azərbaycanda hər 5 nəfərdən 1-nin biznesi olub - ARAŞDIRMA | FED.az
14:22 8 Aprel 2020

Son 5 ildə Azərbaycanda hər 5 nəfərdən 1-i hansısa formada biznes qurub və ya buna cəhd edib.  

FED.az xəbər verir ki, bu «Business Insinght Azerbaijan» şirkətinin «Həyat tərzi» araşdırmasında məlum olub.

Araşdırmadan göründüyü kimi, azərbaycanlıların hər 5 nəfərdən birinin son 5 ildə biznesi olub. Amma hazırda son 5 ildə biznesi olanların, yalnız 62 faizi biznesini davam etdirir. 38 faiz respondent isə bu və ya digər səbəblərdən biznes fəaliyyətlərini dayandırqlarını qeyd ediblər.

«Son 5 ildə hansısa biznesiniz olubmu» sualına cavab verən 81,5% iştirakçı xeyir, 18,5% isə biznesinin olduğunu deyib.

Qeyd edək ki, 2020-ci ilin mart ayında aparılan «Həyat tərzi» araşdırması ümumilikdə 10 sahəni əhatə edib.

Yaşı 18-64 olan 1 242 nəfər arasında aparılan araşdırmada iştirakçıların 48,6% xanımlar, 51,4% kişilər olub. İştirakçıların 54,4%-i orta, 26,6%-i ali, 19%-i isə orta ixtisas təhsilli olub.

Respondentlərin orta aylıq gəlirləri 555 AZN, ailənin orta aylıq gəliri 780 AZN olub. Gəliri olmayanlar 29,8%, özünün orta aylıq gəliri haqqında cavab verməyənlər 10,3%, ailəsinin orta aylıq gəliri haqqında cavab verməyənlər 24,% olub.

Digər xəbərlər

Banner