Biznes

Azərbaycanda hər min nəfərə 3,9 bankomat və 0,15 POS-terminal düşür

Azərbaycanda hər min nəfərə 3,9 bankomat və 0,15 POS-terminal düşür | FED.az
14:09 11 İyul 2019

2019-cu il iyun ayının 1-nə ölkə üzrə fəaliyyət göstərən 2.568 bankomatdan 1376-sı paytaxtda, 1.192-si isə digər şəhər və rayonlarda yerləşir. 2019-cu ildən etibarən bankomatların ümumi sayı 66 ədəd və ya 2,64 faiz artıb.

FED.az xəbər verir ki, Mərkəzi Bankın məlumatına əsasən, iyunun 1-dək ölkədə POS-terminalların sayı 66 426 ədəd təşkil edib. Onlardan 41.035-i Bakıda, 25.391-i isə digər şəhər və rayonlarda quraşdırılıb. Bu ilin may ayı ərzində Azərbaycanda hər 1.000 nəfərə 3,9 bankomat və 0,15 POS-terminal düşüb.

Digər xəbərlər