Banner

Biznes

Azərbaycanda iş adamları üçün «nəfəslik» - vergilər kreditlə ödəniləcək

Azərbaycanda iş adamları üçün «nəfəslik» - vergilər kreditlə ödəniləcək | FED.az
12:06 25 İyun 2018

Azərbaycanda vergilərin ödənilməsi ilə bağlı maraqlı yenilik gözlənilir. FED.az-ın məlumaına görə, ilk dəfə olaraq ölkədə vergi krediti sisteminin tətbiqi gözlənilir. Bu Vergi Məcəlləsinə gözlənilən dəyişikliklərdə nəzərdə tutulub. Dəyişikliklərə əsasən, ölkədə vergi krediti sisteminin tətbiqi, sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ ödəyənlərin fəaliyyəti ilə bağlı prosedurların sadələşdirilməsi nəzərdə tutulur. Bu dəyişikliklər sentyabr ayınadək həyata keçməlidir.

Eləcə də bax: Vergilər Nazirliyindən işə qəbulla bağlı namizədlərə - FƏRQLİ YANAŞMA

Xatırladaq ki, vergi krediti – verginin yığılması üçün vergi ödəyicisinə verilən möhlətdir və vergi güzəştlərinin bir növü sayılır. Adətən bu sistem məşğulluğa dəstək vermək və  investisiyaları stimullaşdırmaq  üçün tətbiq edilir.

Banner

Digər xəbərlər