Banner

Biznes

Azərbaycanda şirkət işləmir, amma pul qazanır – MALİYYƏ HESABATI

Azərbaycanda şirkət işləmir, amma pul qazanır – MALİYYƏ HESABATI | FED.az
09:37 31 May 2020

Azərbaycanın vaxtilə çox məşhur olan amma indi fəaliyyətini məhdudlaşdıran «Qafqaz lizinq» şirkəti 2019-cu ilin nəticələrini açıqlayıb, üstəlik mənfəət də ildə edib.

FED.az xəbər verir ki, «Qafqaz Lizinq» MMC-nin 2019-cu il üzrə maliyyə vəziyyətini göstərən hesabatına görə, ötən il lizinq şirkətinin faiz gəlirləri və faiz xərcləri olmayıb. Bu vəziyyət bir neçə ildir davam edir, məsələn 2018-də şirkətin cəmi 578 manat faiz gəliri olmuşdu.

Ötən il «Qafqaz Lizinq» MMC-in əməliyyat gəlirləri 14,7 min manat (44% və ya 11,6 min manat azalma), əməliyyat xərcləri 65 min manat (24% və ya 20,2 min manat azalma) olub.

Əvəzində şirkət 2019-cu ildə 101,9 min manat fövqəladə gəlir əldə edib.

Nəticədə ötən il Şirkət 51,6 min min manat mənfəətlə başa vurub. Qeyd edək ki, MMC 2018-ci ili 59,3 min manat zərərlə başa vurmuşdu.

2019-cu ildə BOKT-un cəmi aktivləri 716,2 min manat təşkil edib, bu 2018-ci illə müqayisədə 8% və ya 53,2 min manat artıqdır.

Şirkətin aktivlərinin 37 min manatı torpaq, tikinti və avadanlıqlara aiddir. Eyni zamanda 116 min manat debitor, yəni alacağı borcları var. Aktivlərin əksəriyyəti qısamüddətlidir. 

Cəmi öhdəlikləri 8,4 min manat (22% və ya 1,5 min manat artım) və cəmi kapitalı 707,8 min manat (8% və ya 51,6 min manat artım) olub.

NAB Holding-ə daxil olan "Qafqaz Lizinq” ASC şirkəti də 2007-cü ildən ölkəmizdə fəaliyyət göstərir. "Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir. Baş ofisi Türkiyədə(İstanbul) yerləşən NAB Şirkətlər Qrupunun fəaliyyəti biznesin çox sayda - istehsalat sahəsi (polad əritmə), maliyyə sahəsi (bank, lizinq) və distribyusiya (Hyundai avtomobilləri, məişət texnikası(Tefal) və elektro təhcizatlar (Samsung, Siemens və.s) kimi sahələrini əhatə edir.

Amma artıq 2017-ci ildən şirkət fəaliyyətini faktiki olaraq dayandırıb, və vaxtilə verdiyi borcların (əsasən Hyundai avtomobillərinin satışı üçün verilən) yığılması ilə məşğuldur.

2018-ci ilin sentyabrında isə «Qafqaz Lizinq» şirkəti, səhmdarları Türkiyənin “NAB Holdinq”i və Böyük Britaniyanın “Metin Limited” şirkətinin qərarları ilə ASC-dən MMC-yə çevrilib, onun kapitalı isə 5 dəfəyə yaxın azalaraq 3,2 milyon manatdan 660 min manata endirilib.

Digər xəbərlər

Banner