Biznes

Azərbaycanda tütün və içki istehsalında - BÖYÜK ARTIM

Azərbaycanda tütün və içki istehsalında - BÖYÜK ARTIM | FED.az
10:02 20 Noy 2019

FED.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar - oktyabr aylarında əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə tütün məmulatlarının istehsalında 67,6 faiz, içki istehsalında 39,5 faiz, qida məhsullarının istehsalında isə 13,9 faiz artım müşahidə olunmuşdur.

Eləcə də bax: Azərbaycan Gürcüstandan siqaret idxalını - 2,5 DƏFƏ AZALDIB

Bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 51,2 faiz, kolbasa məmulatları 45,5 faiz, qaymaq və xama istehsalı 22,5 faiz, cem və marmeladların istehsalı 12,5 faiz, alkoqolsuz içkilərin istehsalı 11,2 faiz artmışdır.

Qeyd edək ki, içki istehsalındakı kəskin artım bu sahənin şəffaflaşmağa (ağarmağa) başlaması ilə əlaqədardır.

Eləcə də bax: Azərbaycanda siqaret istehsalı kəskin artacaq - PROQNOZ

Marja

Digər xəbərlər

Banner